“Qarabağ” üçün tarixi gün

28.01.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu əsas mərhələnin 8-ci turunda “Liverpul”la qarşılaşacaq. 

Matç məşhur “Enfil Road” stadionunda baş tutacaq. Ağdam klubu rəqibindən çətin səfərdə xal ala bilsə, pley-offa vəsiqə qazanmış olacaq. Lakin Azərbaycan çempionu məğlub olacağı halda belə istəyinə çata bilər. Bunun üçün digər oyunların nəticəsi böyük əhəmiyyət daşıyacaq.

UEFA Çempionlar Liqası Liqa mərhələsi

8-ci tur

28 yanvar 00:00.

“Liverpul” – “Qarabağ”

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Liverpul. “Enfild Roud” stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью