Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlum olduğu kimi, futbol üzrə Azərbaycan Kubokunda ikinci finala yüksələn komanda “Sabah” olub.
“Qafqazinfo” xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə “Qarabağ”ı qəbul edən Masazır təmsilçiləri 2:1 hesabı ilə qələbə qazanıb.
Oyunun final fiti səslənərkən kaimin qərarından narazı qalan “Qarabağ”ın oyunçusu Musa Qurbanlının aqressiv davranışları diqqətlərdən yayınmayıb. Toral Bayramov, Coni Montiel də hakimə hücum çəkiblər.