Qarabağ uduzdu, Azərbaycanın mövqeyi... UEFA reytinqi

28.08.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün avrokuboklarda keçirilən pley-off mərhələsinin cavab oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.

Konfrans Liqasında Liqa mərhələsinin bir addımlığında olan "köhlənlər" əliboş qalaraq mübarizəni dayandırıblar. Ağdam klubu Bakıda "Tvente"yə uduzublar (1:4). 

Nəticədə cari mövsümdə qazanılan əmsal 5.125-də qalıb. Bunun 3.000 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.  

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 23.687-yə bərabərdir. Qitə sıralamasında 25-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 əmsalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23,875-ə bərabərdir. 

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (102.019) başçılıq edir.  

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью