Qarabağ uduzdu, ölkəmizin UEFA reytinqi...

31.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Ötən gün baş tutan avrokubok oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib. 

Fanat.Az xəbər verir ki, Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 

Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzan “Qarabağ” Azərbaycanın əmsalını artıra bilməyib. Nəticədə mövqeyi dəyişməyən ölkəmiz 28-ci pillədə qalıb.

Azərbaycan mövsümü 19,625 reytinq xalı ilə başa vurub. Amma yekun mövqeyi dəqiqləşməyib. Çünki aşağı sıralardakı bəzi ölkələrin təmsilçiləri mübarizəni davam etdirirlər.

Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 106,624 xal.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью