“Qarabağ” uduzsa belə, “Fənər”, “Qalatasaray” kimi başıpozuq davranmır” Millət vəkili İdmanXəbər

26.11.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

Millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabından “Napoli” – “Qarabağ” matçı ilə bağlı paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, o, Ağdam təmsilçisinin çıxışı barədə xoş sözlər yazıb:

“Sadəcə şanssızlıq! Medinanın zədəsi bu qədər gözəl oyunu nəticəsiz qoydu. Bu komanda uduzsa belə, “Fənər”, “Qalatasaray” kimi başıpozuq davranmır, ahəngini pozmur. Bu oyun stili heyrətamizdir.

Qollar da şansızlıq əsəri! Qapıda qarışdırdım ki, Koxalski durub, yoxsa Kurtua! Qısa müddətə bu cür püxtələşən qapıçı görmək sevindiricidir. Penaltini də möhtəşəm reflekslə qurtardı. Qurban,Qarabağ” – Qürurumuz!.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью