Qarabağ UEFA Avropa Liqasında mübarizəni dayandırdı

31.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Qarabağ” bu gün Avropa Liqasında növbəti matçına çıxıb.

Azərbaycan təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşıb.

Bu komandalar arasında ilk görüş Bakıda baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb.

Qurban Qurbanovun kollektivi Beroedə baş tutan cavab görüşündə qələbə qazanmaqla mərhələ adlamağa çalışıbq. Səfərdə istənilən hesablı qələbə “Qarabağ”ı növbəti raunda daşıyacaqdı. Amma səfərdəki oyunda da hesab açılmayıb. Hətta əlavə vaxtda da tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ÇSKA mərhələ adlayan tərəf olub. Azərbaycan təmsilçisi isə Avropa Liqası ilə vidalaşıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью