“Qarabağ” UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırdı

02.10.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ" komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Yenisabah.az xəbər verir ki, bu, "köhlən atlar"ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın "Kopenhagen" klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375). Dördpendirli pizza

İngiltərə (97.116) UEFA reytinqində birincidir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью