Qarabağ Ukrayna klubuna məğlub oldu

16.11.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qadın həndbolçulardan ibarət "Qarabağ" klubu Avropa kubokunda bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, təmsilçimiz yarışın 3-cü mərhələsində Ukraynanın "Qaliçanka" komandası ilə üz-üzə gəlib.

Mingəçevir şəhərindəki "Kür" Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 20:33.

Qeyd edək ki, komandalar arasında cavab oyunu sabah eyni məkanda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью