Qarabağ Ukrayna komandasına uduzdu

01.07.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.

"Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью