Qarabağ Universiteti vakansiya elan EDİR

25.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Qarabağ Universiteti rəqəmsal transformasiya prosesini sürətləndirmək və daxili veb-platformalarını inkişaf etdirmək məqsədilə “Web Developer – PHP/Backend” vakansiyasını elan edib.

Redaktor.az xəbər verir ki, universitet innovativ iş mühitində peşəkar inkişafa maraq göstərən mütəxəssisləri komandasına dəvət edir.

Əsas iş öhdəlikləri:

* Universitetin daxili sistemlərinin və veb-platformalarının təhlükəsizliyini təmin etmək.

* Drupal CMS və müxtəlif framework-lərin arxitekturasını mənimsəmək.

* Layihələrin backend və modul infrastrukturunu qurmaq.

* Verilənlər bazasının (MySQL, PostgreSQL) sorğularını optimallaşdırmaq.

* RESTful API-lar hazırlamaq və texniki sənədləşmə işlərini aparmaq.

Namizədə dair tələblər:

* İT və ya proqramlaşdırma sahəsi üzrə ali təhsil.

* PHP proqramlaşdırma dili üzrə ən azı 2-3 il iş təcrübəsi.

* Laravel, Symfony və ya Drupal platformaları ilə iş bacarığı.

* Git, HTML5, CSS3, JavaScript və Linux üzrə təməl biliklər.

Müvafiq tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “Web Developer - PHP/Backend” yazaraq [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью