Qarabağ Universitetində ilk İMTAHANLAR

05.11.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ Universitetində payız semestrinin ilk aralıq imtahanları başlayıb

Modern.az xəbər verir ki, aralıq imtahanlarının keçirilməsində məqsəd tələbələrin tədris prosesi müddətində əldə etdikləri nəzəri biliklərin və praktiki bacarıqların sınaqdan keçirilməsidir.

İmtahan sualları tədris planına uyğun olaraq hər bir fənnin təlim nəticələrinə (FTN) və Blum taksonomiyasının daha yüksək səviyyəli mərhələlərinə (təhlil, yaratma və tətbiqetmə) əsasən hazırlanır. 

Qeyd edək ki, imtahanların sonunda tələbələrin nəticələri təhlil edilərək onların müvafiq fənlərdə nəzərdə tutulan təlim nəticələrini nə dərəcədə mənimsədikləri müəyyən olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью