Qarabağ Universitetində psixoloqların peşəkar inkişafına dair layihə icra olunub FOTOLAR

21.05.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Gənc Psixoloqlar” İctimai Birliyi “Gələcək qurucular – azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək psixoloqların peşəkar inkişafı” layihəsinin icrasına başlayıb.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, 2025-ci il 18-19 may tarixlərində layihə çərçivəsində Qarabağ Universitetində tələbələrin psixoloji müdaxilə bacarıqlarının inkişafına dair simulyativ dərslər təşkil olunub. Dərslər zamanı interaktiv təlimlər, praktik məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər keçirilib. Dərslərə Qarabağ Universitetinin psixologiya ixtisası üzrə təhsil alan tələbələri cəlb edilib.

İctimai Birliyin sədri Orxan Oruczadə bildirib ki, layihə psixoloji reabilitasiya potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir. Layihənin sonunda iştirakçıların praktiki biliklərinin real mühitdə tətbiqi üçün psixoloji dəstək təşəbbüslərinə cəlb olunması nəzərdə tutulur.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dir.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью