Qarabağ Universitetində saz musiqisi konserti keçirilib

31.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 31 may, AZƏRTAC

Qarabağ Universitetində "Saz musiqisi axşamı" adlı solo konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertin müəllifi Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının saz müəllimi Aslan Muradoğludur. O, yaradıcılığının ilk solo konsertini istedadlı tələbələri ilə eyni səhnədə bölüşüb.

Konsertdə Azərbaycan klassik aşıq havaları müasir üslubda təqdim olunub, xalq mahnısı və bəstəkar əsəri ifa edilib. İfalar tamaşaçılar tərəfindən alqışlarla maraqlı qarşılanıb.

Konsertdə ifaçıları balabanda Gəncəvi Kəlbəcərli, pianoda Ülvi İsmayılov, nağarada Murad Nağızadə, zərb alətində Kamal Fərziyev müşayiət ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью