Qarabağ Universitetində tələbə sayı 5 minə çatdırılacaq

04.11.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarabağ Universitetində tələbə sayı 5 minə çatdırılacaq, universitetin fəaliyyətinə isə 51 milyon manat ayrılacaq. SİA Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Məlumata görə, 2024/2025-ci tədris ilindən etibarən universitetdə tələbə sayının 5 minədək artırılması və onların yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.

Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, cari illə müqayisədə 12 milyon manat və ya 30,8 faiz çoxdur.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью