Qarabağ Universitetində VAKANSİYA

03.11.2026

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Qarabağ Universiteti Riyaziyyat və kompüter elmləri fakültəsi üzrə proqram rəhbəri vəzifəsinə vakansiya elan edib.

AZXEBER.COM xəbər verir ki, tam ştatlı vəzifə Xankəndi kampusunda fəaliyyət göstərməyi nəzərdə tutur. Proqram rəhbərinin əsas vəzifələri təhsil proqramlarının və tədris planlarının hazırlanması və idarə olunması, akademik proseslərin koordinasiyası, tədrisin keyfiyyətinin təmin edilməsi, tələbələrin akademik göstəricilərinin təhlili və proqramların davamlı təkmilləşdirilməsindən ibarətdir.

Namizədlərdən müvafiq sahə üzrə doktorluq dərəcəsi, elmi-pedaqoji fəaliyyət təcrübəsi, təhsil proqramlarının hazırlanması və akademik keyfiyyət təminatı sahəsində bilik və bacarıqlar tələb olunur. İngilis dilində minimum B2 səviyyəsində ünsiyyət bacarığı da vakansiyanın əsas tələblərindəndir.

Universitet tərəfindən namizədlərə rəqabətqabiliyyətli əməkhaqqı, Xankəndi şəhərində mənzil təminatı, elmi-tədqiqat yönümlü akademik mühit, peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları təklif olunur.

Vakansiya üzrə müraciətlərin qəbulu 30 noyabr 2026-cı il tarixinədək davam edəcək.

Ətraflı məlumat və müraciət qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür. 

https://qu.edu.az/az/vacancies/qu-v-522026-0 

Müraciət üçün CV-lər mövzu hissəsində "Proqram rəhbəri – Riyaziyyat və kompüter elmləri fakültəsi” qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью