Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
2027-ci ildə Qarabağ Universitetinin fəaliyyətinin təmin olunmasına 51 milyon manat ayrılması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.
Bu, cari illə müqayisədə 12 milyon manat və ya 30,8 faiz çoxdur.
Sənəddə universitetdə 9 istiqamət və 49 ixtisas üzrə 3500-dək tələbənin təhsilinin nəzərdə tutulduğu göstərilib. Bunlardan 250 nəfərin tibb istiqaməti üzrə təhsil alması planlaşdırılır.
Gələn il Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təmin olunması üçün isə 6 milyon manat proqnozlaşdırılır.