Qarabağ Universitetinin Bakıda filialı yaradılacaq? Nazirdən AÇIQLAMA

10.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması nəzərdə tutulur".

Bakıvaxtı.az xəbər verir ki, bunujurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Xankəndidə işlərimiz davam edir. Musiqi və incəsənət, turizm fakültəsinin burada olması, həmçinin Şuşada turizm fakültəsinin, Xocalıda isə kənd təsərrüfatı fakültəsinin yaradılması planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində filialının yaradılması isə hələ ki nəzərdə tutulmur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью