Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24.06.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xankəndidə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qarabağ Universitetinin yataqxana kompleksinin qarşısından keçən yolda qeydə alınıb.

Belə ki, "Prius" markalı avtomobil kuryer təyinatlı motoskletlə toqqquşub.

İlkin məlumata görə, ayaq nayihəsindən sınıq xəsarətləri alan motoskletçi hadisə yerinə cəlb olunan həkim briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən motoskletçi Səid Allahverdiyev Qarabağ Universitetində menecment ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma başlanıb.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью