“Qarabağ” üzərində qələbə eyforiya yaratmaz”

29.01.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Kəpəz” Premyer Liqanın XVII turunda “Qarabağ”a səfərdə qalib gəlib – 2:0. Gəncə təmsilçisi 24 ildən sonra çempionatda “atlılar”ı məğlub edərək uğursuz seriyasını pozub.

Görüşdə “Kəpəz”in qollarından birini vuran Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:

“Qarabağ”la oyunda qələbə qazandığımız üçün çox xoşbəxtəm. Qələbəyə qolla töhfə verdiyim üçün sevincliyəm. Oyundan öncə matçla bağlı hansısa seriyadan xəbərim yox idi. Bunu bacarmışıqsa, nə xoş bizə”.

Yaponiyalı futbolçu son dönəmlərdə performansının artmasının səbəbini izah etdi:

“Mövsümün əvvəlində ayağında ağrılar var idi. Bəzi matçlarda istədiyim kimi çıxış edə bilmirdim. Amma indi tam sağlamam və bütün gücümlə komandaya fayda verməyə çalışıram”.

Ohori çempionatdakı hədəflərindən və növbəti turun “Şamaxı” ilə matçından söz açdı:

“Hər oyuna qələbə üçün çıxırıq. “Qarabağ” üzərində qələbə eyforiya yaratmaz. İrəli getmək istəyirik və bütün komanda şəklində məqsədimiz yaxşı nəticələr əldə etməkdir. Qarşıdan “Şamaxı” ilə vacib oyun var. Çətin matç olacaq, lakin qələbə qazanıb, xallarımı daha da artırmaq istəyirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью