Qarabağ və Kəpəz kollektivləri yoxlama oyununda qarşılaşıblar

09.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" və "Kəpəz" kollektivləri yoxlama oyununda qarşılaşıblar.

"Report" xəbər verir ki, "Azərsun Arena"nın köməkçi meydanında baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahiblərinin heyətində Aleksey Kaşuk (5, 14, 35), Emmanuel Addai (38) və Davud Məsumov (64) fərqlənib.

Gəncəlilərdən isə Ehtiram Şahquliyev (67) adını tabloya yazdırıb.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 12-də ikinci yoxlama matçında "Zirə" ilə qarşılaşacaq.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью