“Qarabağ” və “Neftçi”də işləmiş məşqçi İngiltərə klubunda İdmanXəbər

07.12.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Qarabağ” və “Neftçi”də işləmiş Ruben Selles İngiltərə klubu “Hall Siti”də çalışacaq.

İdmanxeber.az-ın məlumatına görə, o, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu kluba baş məşqçisi təyin olunub. 41 yaşlı ispan mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Selles 2012-2014-cü illər aralığında “Neftçi”də, 2015-2017-ci illər aralığında isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью