Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Karvan-Yevlax”dan ayrılan İbrahim Qədirzadənin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Xankəndi”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İbrahimlə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
27 yaşlı futbolçu karyerası ərzində “Neftçi” və “Qarabağ”ın U-19 komandasında, “Kəpəz”, “Zaqatala” klublarında, Gürcüstanda isə “Samtredia”da çıxış edib.