“Qarabağ” və “Neftçi”nin futbolçuları İslandiyaya qarşı oynadılar

17.11.2024

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun çıxış etdiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

QOL.az xəbər verir ki, komanda 5-ci turda İslandiyanı qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Yankoviç start heyətdə meydana çıxıb və soan qədər oynayıb. O, matçın 58-ci dəqiqəsində sarı vərəqə alıb. Edvin Kuç isə 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 5 turdan sonra Monteneqro millisinin xalı yoxdur. İslandiya isə 7 xalla ikincidir. Qrupa 11 xalla Türkiyə yığması liderlik edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью