“Qarabağ” və “Neftçi”nin futbolçusu millidən çıxarıldı

25.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, Murad Məmmədov ("Neftçi") və Şahismayıl Cəfərli ("Qarabağ") zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə İbrahim Babayev ("Zirə") və İsa Hüseynov ("Şamaxı") komandaya qoşulublar.

Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью