“Qarabağ” və “Neftçi”nin maraqlandığı oyunçu: “Hələlik burdayam”

21.01.2025

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qış "transfer pəncərəsi"nin başlaması ilə birlikdə dedi-qodular da artmaqdadır.

Belə söz-söhbətlərdən biri də “Qarabağ” və “Neftçi”nin Elvin Bədəlovla maraqlanması ilə bağlıdır. 

"Sumqayıt"ın kapitanı məsələ əlaqədar saytımıza açıqlamasında bunları söylədi: 

 “Yayılan məlumatlar həqiqəti əks-etdirmir. Şayiədir. Reallıq odur ki, mən “Sumqayıt”dayam. Gələcəkdə nəsə baş verəcəksə, bunu hər kəs biləcək. Amma hələlik buradayam." \\Offsideplus.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью