Qarabağ və Neftçinin sabiq məşqçisi İngiltərə klubunda

07.12.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Qarabağ" və "Neftçi"də işləmiş Ruben Selles Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərəninin "Hall Siti" klubunun baş məşqçisi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

41 yaşlı ispan mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illər aralığında "Neftçi"də, 2015-2017-ci illər aralığında isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью