Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirmiş “Qarabağ” və “Neftçi” klublarına Peşəkar Futbol Liqası tərəfindən xatirə mükafatları təqdim olunub.
QOL.az xəbər verir ki, xüsusi hədiyyələr PFL-in texniki-idman direktoru Elgiz Abbasov tərəfindən Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” oyunundan əvvəl təqdim edilib.
Mükafatlar “Qarabağ”ın 1000 oyununun hər birində əvvəl futbolçu, sonradan isə klub rəsmisi kimi iştirak etmiş, hal-hazırda lisenziyalaşdırma üzrə menecer Şahid Həsənova və uzun illər “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi çalışan İqor Getmana təqdim olunub.