Qarabağ və Qalatasaray ın oyunları eyni saatda: Hansı kanallar yayımlayacaq? | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsində 7 tura yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi iki qarşılaşma baş tutacaq.
Belə ki, Azərbaycan çempionu "Qarabağ" Bakıda "Ayntraxt Frankfurt"u (Almaniya), Türkiyə çempionu "Qalatasaray" isə İstanbulda "Atletiko Madrid"i (İspanoya) qəbul edəcək.
Hər iki qarşılaşma eyni saatda - Bakı vaxtı ilə saat 21.45-də başlayacaq. Bəs oyunları necə izləmək olar?
"Qarabağ" - "Ayntraxt Frankfurt" matçını "CBC Sport" canlı yayımlayacaq.
"Qalatasaray" - "Atletiko Madrid" oyununu isə "İctimai TV" azarkeşlərə təqdim edəcək.
Qeyd edək ki, bu gün daha iki qarşılaşma Azərbaycanda canlı yayımalamacaq.
Tam oxu
Xəbəri oxu