“Qarabağ” və Qurban Qurbanov mükafatlandırıldı

10.01.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan idmanında 2024-cü ilin ən yaxşıları bəlli olub.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə “Qarabağ” müxtəlif nominasiyalarda ən yaxşılar sırasında yer alıb.

Buna komandanın il ərzində qazandığı nailiyyətlər səbəb olub. Klub 2023/24 mövsümündə Azərbaycan çempionu adını 11-ci dəfə qazanıb. “Qarabağ” ölkə kubokunu da əldə edərək “Qızıl dubl”a imza atıb. Ötən mövsümdə Avropa Liqasında pley-offu keçərək 1/8 finala bu qədər irəliləyən komanda bu mərhələyə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb. 2024/25 mövsümündə ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsinə yüksələn komanda Premyer Liqada qış fasiləsinə 1-ci pilədə yollanıb.

Bu uğurların nəticəsində “Qarabağ” İlin ən yaxşı kişi komandası seçilib. Mükafat klubun baş direktoru Emrah Çelikelə təqdim olunub. Komandanın baş məşqçisi Qurban Qurbanov İlin ən yaxşı məşqçisi nominasiyasında 3-cü yeri tutub.

Əsas xəbərlər, Ölkə futbolu İlk təklif rədd edildi – “Qarabağ” Juninyo üçün nə

10 Yanvar 2025, 10:11

Əsas xəbərlər, Ölkə futbolu Romao: “Braziliyada Juninyo kimi oyunçular çatışmır”

10 Yanvar 2025, 9:18

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”dan darmadağın

9 Yanvar 2025, 16:01

Əsas xəbərlər, Ölkə futbolu Juninyoya təklif olunan məbləğ məlum oldu

9 Yanvar 2025, 14:23

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Menecer: “Juninyonun “Flamenqo”ya marağı var”

9 Yanvar 2025, 13:16

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” üçün sınaq günü

9 Yanvar 2025, 9:23

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью