“Qarabağ” və “Sabah” Rusiyada heç bir komandadan geri qalmaz”

28.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”ın futbolçusu Aleksey İsayev Rusiya mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, “Odds.ru”ya danışan yarımmüdafiəçi Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib:

“Rusiyada demək olar ki, hamı Azərbaycan liqasının zəif olduğunu düşünür. Amma 8 ildir burada olan biri kimi deyirəm, çempionatda çox güclü komandalar var. Kurban Berdıyev “Turan Tovuz”da işləyir, “Neftçi” əbədi flaqmandır, “Qarabağ”dan danışmağa ehtiyac yoxdur. Bundan başqa, “Zirə” və digər kollektivlər də yaxşıdır.

Çempionat çox çətindir, rəqabət yüksək səviyyədə olur. Azərbaycana keyfiyyətli əcnəbilər də gəlir və liqaya əlavə töhfələr verir. Düşünürəm ki, “Qarabağ” və “Sabah” Rusiyada heç bir komandadan geri qalmaz”.

Hazırda “Sabah”da forma geyinən Aleksey əvvəl “Sumqayıt” və “Qarabağ”da da çıxış edib. O, Rusiyada “Yenisey” və “Zenit”də top qovub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью