Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əmək yarmarkaları Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin işlə təmin olunmasında mühüm vasitəyə çevrilib.
“Yeni Sabah” xəbər verir ki, indiyədək Dövlət Məşğulluq Agentliyi tərəfindən azad olunmuş bölgələrdə ümumilikdə 47 belə tədbir reallaşdırılıb.
Bölgələr üzrə statistika aşağıdakı kimidir: Bakıda online alış-veriş
Laçın: 12 yarmarka
Cəbrayıl: 9 yarmarka
Zəngilan: 8 yarmarka
Xankəndi: 5 yarmarka
Ağdam: 4 yarmarka
Şuşa: 3 yarmarka
Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərə (ümumilikdə): 6 yarmarka
Təşkil olunan bu tədbirlər həm vətəndaşlar, həm də şirkətlər üçün ikitərəfli fayda yaradır. İş axtaran sakinlər yaşadıqları rayonlardakı bütün boş iş yerlərini bir ünvanda görmək, işəgötürənlərlə üz-üzə görüşmək və müraciətlərini (CV) birbaşa təqdim etmək şansı əldə edirlər. Müəssisələr isə öz növbəsində ehtiyac duyduqları ixtisaslı kadrları qısa zamanda tapıb işə cəlb edə bilirlər.
Bundan başqa, Laçın rayonunda ayrıca peşə yarmarkası da baş tutub. Burada işəgötürənlər 40-dan artıq müxtəlif peşə sahəsini nümayiş etdirib, həmin ixtisasların öyrədildiyi təhsil mərkəzləri haqqında ətraflı məlumat verib və iştirakçılar üçün praktiki ustad dərsləri təşkil ediblər.