Qarabağ və Şərqi Zəngəzurda daha 86 sakinə biznes dəstəyi

17.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan sakinlərin məşğulluğunun təminatını davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, özünüməşğulluq proqramı çərçivəsində Ağdərə, Ağdam, Xocalı, Xocavənd, Laçın və Zəngilan rayonlarında yaşayan daha 86 şəxsə istehsalat aktivləri - zəruri mal və materiallar təqdim olunub.

Sakinlər ayrılan dövlət dəstəyi hesabına qoyunçuluq, keçiçilik və arıçılıq sahələri üzrə öz fərdi təsərrüfatlarını və kiçik ailə bizneslərini qurublar. Dövlətin yaratdığı imkanlardan bəhrələnən proqram iştirakçıları təsərrüfatlarını gələcəkdə daha da genişləndirmək niyyətindədirlər. pizza mizza

Xatırladaq ki, indiyədək azad olunmuş torpaqlarımıza köçürülmüş sakinlərdən ümumilikdə 1048 nəfəri özünüməşğulluq proqramı xətti ilə öz kiçik ailə biznesini yaratmağa nail olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью