Qarabağ və Şərqi Zəngəzurda əhalinin 80 %dən çoxunun məşğulluğu təmin edilib

26.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məskunlaşmış və iqtisadi fəal şəxslərin 80 %-dən çoxunun məşğulluğu təmin edilib.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahib Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью