Qarabağ və Şərqi Zəngəzurda işçilərin maaşı azdır? İqtisadçıdan açıqlama | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. Son vaxtlar Qarabağ və Şərqi Zəngəzurda açılan iş yerləri ilə bağlı sosial şəbəkələrd
Elanlardan görünür ki, Qarabağda və Şərqi Zəngəzurda açılan iş yerlərinin sayı durmadan artır.
Ehtiyacı olan hər kəs şirkətlərə müraciət edir və orada işlə təmin olunur. Amma orada işləyənlər məvacibin azlığından şikayətlənir.
Xüsusilə fəhlələr cəmi 600 manat məvacib aldıqlarını deyirlər.
Sabiq deputat Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, əmək haqqı müqavilə əsasında verilir: "Əmək haqqı minumum əmək haqqından aşağı olmamalıdır.
Ola bilsin ki, oradakı işlər üçün təhsil tələb olunmur, amma məvacib görülən işin miqdarından da aslıdır. Qarabağda iş yerləri çoxdur.
Amma bu o demək deyil ki, Qarabağda işlər ağırdır. Yol çəkmək, bina tikmək və s. müxtəlif xarakterli işlərdir".
İqtisadçı Qarabağda tikilən evlərin satılmadığını xatırladıb: "Evlər pulsuz verilir. İndiki dövr üçün gəlir gətirməyən sahədir.
Tam oxu
Xəbəri oxu