Qarabağ və Şərqi Zəngəzurun turizm məkanı kimi cəlbediciliyi artır

15.12.2025

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yenidən qurulması və buranın turizm məkanı kimi cəlbediciliyinin artırılması, ora beynəlxalq səviyyədə diqqətin yönəldilməsi istiqamətində mütəmadi iş gedir. "Turizm strategiyası 2030" sənədinə əsasən, burada müxtəlif alternativ turizm növlərinin tətbiq olunması, ekoturizm, kənd yaşıl turizmi, sağlamlıq turizmi, Kəlbəcər Qış Turizm Mərkəzinin yaradılması və ilkin fazaya hazırlıqla bağlı sənədlərin hazırlanması gələcəkdə buranı daha çox cəlbedici etmək üçün atlan addımlardandır.
Bunları Newscenter.az-a Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İB-nin İdarə Heyətinin sədri, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib. O bildirib ki, işgüzar turizmlə bağlı Qarabağ və Şrqi Zənngəzurda mütəmadi olaraq beynəlxalq səviyyələrdə tədbirlərin keçirilməsi, burada konfrans salonları və mehmanxanaların sayının artmasını zəruri edir:
“Bir il ərzində təqribən beşdən artıq-Ağdərə, Zəngilan, Xankəndi və Şuşa istiqamətində infotur və təftiş turlarında iştirak etmişik. Bununla bağlı məlumat, təbliğat xarakterli bilgilər də öz növbəsində Turizm Agentlikləri şəbəkəsindən müxtəlif ölkələrdə fəaliyyət göstərən tərəfdaşlarımıza göndərilib. Eyni zamanda geniş miqyasda təbliğat işləri aparılıb. Bir sözlə bu region turizmdə yeni bir istiqamət kimi hər zaman aktualdır”.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью