Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
News24.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında sosial paketin müzakirədə olduğunu deyib.
“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək”, - deyə nazir əlavə edib.