Qarabağ video analitik məşqçisini potensial rəqiblərin oyununa göndərib

09.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununa "Qarabağ"ın hansı məşqçisinin yollandığı bəlli olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, video-analitik məşqçi Yanuş Vasilyev sözügedən qarşılaşma üçün İrlandiyadadır. O, matçı tribunadan izləyəcək.

Paytaxtı Dublindəki “Tolka Park” stadionunda gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. "Qarabağ" II təsnifat mərhələsində bu cütün qalibi ilə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью