“Qarabağ” xal itirib, “Neftçi” geriləyib

27.01.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə qitənin 400 ən yaxşı klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. 278 xala malik Qurban Qurbanovun yetirmələri 63-cü sıradadır. Təmsilçimiz bir xal itirsə də, mövqeyini qoruyub.

Digər üç klubumuzun xalı dəyişməz qalıb. Bir pillə geriləyən “Neftçi” 19 xalla 257-cidir. 4 xal az toplayan “Sabah” 3 pillə irəliləyərək 276-cı sıraya yüksəlib. 14 xala malik “Zirə” 291-ci yerdəki mövqeyini qoruyub.

Qeyd edək ki, siyahıya 2462 xala malik “Real” başçılıq edir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью