Qarabağ Xorvatiya və Polşa klubları ilə qarşılaşacaq

16.01.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün “Qarabağ” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq. 

Azərbaycan çempionunun ikinci yoxlama matçı isə Polşanın "Zaqlembe” klubuna qarşı olacaq. 

12:00  "Qarabağ" (Azərbaycan) - "Osiyek" (Xorvatiya)
19:00 "Qarabağ" (Azərbaycan) - "Zaqlembe" (Polşa)

Təlim-məşq toplanışının əvvəlində "Qarabağ” Özbəkistanın "Neftçi" komandasını (5:0) məğlub etmişdi.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью