“Qarabağ” yarımfinal mərhələsinin ilk oyununda məğlub OLDU

02.04.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

"Unikal" xəbər verir ki, açılış oyunu “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilib.

“Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Naxçıvan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 28-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos vurub.

Yarımfinalın digər oyununda “Neftçi” bu gün “Sabah”la qarşılaşacaq. “Neftçi Arena”dakı görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 23-də təşkil olunacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью