Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Kopenhagen”in baş məşqçisi Yakub Neestrop Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Qarabağ”a hörmətlə yanaşırıq. Çempionlar Liqasında zəif rəqib yoxdur. Şərtlər iki tərəf üçün də eynidir. “Qarabağ” bu yerlərə çatmaq üçün uzun yol keçib. Onların pley-offda “Ferentsvaroş”u mübarizədən kənarlaşdırması çoxşeydən xəbər verir. “Qarabağ” yaxşı futbol oynayır və yaxşı futbolçuları var”.