futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi” Misli Premyer Liqasının VII turunda “Sabah”la heç-heçə etdi – 0:0.
Futbolpress.az xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın futbolçusu Viçko Şevel jurnalistlərin suallarını cavablandırdı:
– Oyun barədə fikirlərinizi bildirərdiniz.
– İntensiv matç oldu. Hər iki komanda meydanda əzmkar futbol göstərdi. Son dəqiqələrdə qol vurmaq üçün yaxşı şansımız oldu, amma dəyərləndirə bilmədik. Ümid edirəm ki, azarkeşlərimiz burada qələbə üçün nə qədər mübarizə apardığımızı gördülər və razı qaldılar. Təəssüf ki, bu gün üç xal qazana bilmədik. Amma məncə, yaxşı oynadıq
– Bu gün iki xal itirdiniz, yoxsa bir xal qazandınız?
– Qələbəyə layiq idik. Yaxşı şanslar yaratdıq, lakin rəqib qapıçı əla seyvlər etdi. Bu gün meydanda yaxşı komanda biz idik. İki xal itirdiyimizi düşünürəm.
– Oyunun ikinci hissəsində meydanda baş verən gərginliyi necə şərh edərdin?
– Doğrusu, bilmirəm. Sadəcə yaxınlaşdım və gördüm ki, nəsə baş verir. Kim kimi itələdi, kim kimə zərbə vurdu, bilmirəm. Hələ də nə baş verdiyindən xəbərim yoxdu. Epizoda yenidən baxmalıyam..
– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Matçdan gözləntiləriniz nədir?
– Bərpadan sonra matça hazırlaşacağıq. Meydana qələbə üçün çıxacağıq. “Qarabağ” yaxşı komandadır, amma biz də “Neftçi”yik.
– İddialı komandalarla ardıcıl oyunlar var. Bu period çətin olmayacaq?
– Hər oyuna yaxşı nəticə üçün çıxacağıq. İlk düşündüyümüz növbəti matçdır.
– Azərbaycan çempionatına uyğunlaşma prosesiniz necə gedir?
– Adaptasiyam yaxşı gedir. Yeni liqa, yeni mədəniyyətdir. Getdikcə daha yaxşı olacağıma inanıram.
– Çempionatla bağlı ilkin təəssüratlarınız nədir?
– Liqanın yaxşı keyfiyyəti var. Hər oyun çətin keçir.
Şahin Cəfərov