Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. "Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib.
Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib.
90+4-cü dəqiqədə isə Otto Con "köhlən atlar"ın qapısına yol tapıb "Qarabağ" hazırda 50 xalla liderdir.
Tovuz klubu 35 xalla dördüncü sıradadır. Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"a uduzub - 1:2.
Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib.
"Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.