Qarabağ yenidən Ferentsvaroş la qarşılaşacaq

09.06.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.

Fanat.Az xəbər verir ki, sabah, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komandanın hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komandamız iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

“Qarabağ” iyulun 1-də iki görüşə çixacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın “Metallist” komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq. Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью