Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. UEFA Avropa Liqasının əsas turnirində mübarizə həlledici mərhələyə qədəm qoyub.
Son üç turda xal ehtiyatlarını tələb olunan həddə çatdıra bilməyən klublar yarı yolda dayanıb, pley-off görüşlərini azarkeş kimi izləməli olacaqlar.
Hələlik isə Liqa mərhələsini ən yaxşı 24 komanda sırasında başa vurmaq arzusu ilə yaşayan kollektivlər, o cümlədən, avrokuboklarda ardıcıl 11-ci mövsümünü keçirməsi ilə haqlı olaraq qürur duyan Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası son addımlarda büdrəməyib, imkanlardan daha çox qazanc götürməyə çalışmalıdırlar.
İrəli getmək, məqsədə çatmaq istəyirsənsə, başqa yol yoxdur. Təmsilçimiz bu gün Skandinaviyanın qonağıdır.
İsveçin Boras şəhərində yerli “Elfsborq” komandası ilə oyun hər iki rəqib üçün prinsipial əhəmiyyət daşıyır.
Bizim vaxtla gecəyarısı, 00:00-da başlayacaq görüş ərəfəsində 34 komandanın göstəricilərini əks etdirən turnir cədvəlində rəqibləri bir-birindən cəmi 1 xal ayırır.
“Elfsborq” 4 xalla 28-ci mövqedə irəliləyir, hesabında 3 xal olan “Qarabağ” isə 32-ci pillədədir.
İki həftə əvvəl keçirilmiş 5-ci turda Azərbaycan çempionu kimi, İsveç klubu da meydançanı böyük hesablı məğlubiyyətlə tərk etmişdir.