“Qarabağ” yüz faiz liderlər arasında olardı” Lunyov

05.12.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dinamo”nun (Moskva) qapıçısı Andrey Lunyov “Qarabağ”la bağlı sualları cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, qolkiper bu barədə “Sport Ekspress”ə müsahibəsində danışıb.  

O, “Qarabağ”ın Rusiya Premyer Liqasında hansı yerlər uğrunda mübarizə aparacağı ilə bağlı fikirlərini bildirib:

“Qarabağ” RPL-də oynasaydı, şüphəsiz ən yaxşılardan olardı. Hətta düşünürəm ki, yüksək yerlər üçün mübarizə aparardı. Bunu yüz faiz deyirəm, onlar ilk “altılığ”a düşə bilərdi”.

Xatırladaq ki, Andrey Lunyov ötən mövsümü “Qarabağ”da keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью