Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə hazırlığı davam etdirən "Qarabağ" yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Zirə” ilə qarşılaşacaq.
Matç oktyabrın 3-də təşkil olunacaq və saat 17:00-da start götürəcək.
Qarşılaşma “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.
saytlarin hazirlanmasi