Qarabağ Zirə yə qarşı

30.06.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ" və "Zirə" yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxacaqlar.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi və Bakı klubu bu gün "Azersun Arena"da üz-üzə gələcəklər.

Görüş saat 18:00-da başlayacaq. 

"Qarabağ" hazırlıq prosesində Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

5-17 iyul tarixlərində Türkiyədə təlim-məşq toplanışında olacaq "Zirə" isə bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью