Qarabağ Zirəni darmadağın etdi

10.11.2024

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi XIII turda "Zirə" ilə üz-üzə gəlib.

⁷Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0. 2-ci dəqiqədə Mateuş Silva hesabı açıb. 52-ci dəqiqədə Yassin Benziya penaltini dəqiq yerinə yetirib. 60-cı dəqiqədə Bəhlul Mustafazadə fərqi daha da artırıb. Səkkiz dəqiqə sonra Aleksey Kaşuk dördüncü qolu vurub.

Hazırda lider olan "Qarabağ" xallarının sayını 31-ə çatdırıb. Paytaxt klubu 20 xalla 4-cü pillədə qərarlaşıb.

Günün ilk matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib - 1:0.//axar

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Şamaxı" ilə (2:2), "Səbail" "Turan Tovuz"la (1:1), "Sabah" isə "Kəpəz"lə (2:2) heç-heçə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью