“Qarabağ” “Zirə”ni seçdi

01.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə hazırlığı davam etdirən “Qarabağ” oktyabrın 3-də saat, 17:00-da “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Futbolpress.az xəbər verir ki, qarşılaşma “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.

“Qarabağ” çempionatda 6 turdan sonra 13 xalla 3-cü sıradadır. Aktivində 10 xalı olan “Zirə” isə beşincidir.

Komandalar bu mövsüm çempionatda 5-ci turda üz-üzə gəlib və bərabərlik qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью